15 Fevral, 2016
Rəsmi Suriya Türk əsgərlərinin ölkə ərazisinə daxil olduğunu bildirib

Rəsmi Şam iriçaplı atıcı silahlarla təchiz olunmuş pikapların müşaiyəti ilə Suriyaya 100 nəfərlik silahlı qrupun daxil olduğunu bildirib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Suriyanın rəsmi Sana agentliyi ölkənin Xarici İşlər Nazirliyinə(XİN) istinadən məlumat yayıb.

Suriya rəsmilərinin iddiasına görə,daxil olan silahlılar içərisində "Türk ordu gücləri" də olub.

Məsələ ilə bağlı Suriya Xarici İşlər Nazirliyindən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına yazılan müraciət ünvanlanıb.

Müraciətdə 100- yaxın silahlının iriçaplı atıcı silahlarla təchiz olunmuş 12 pikap tipli maşınlarında Türkiyə-suriya sərhəddindən ölkəyə daxil olduğu da iddia edilib.

Qeyd edək ki,Son günlər Türk ordu birliklərinin Suriya ərazilərini artilleriya atəşinə məruz qoyması barədə məlumatlar yayımlanmaqdadır.Həmçinin Türk mediası Mardində Suriya ilə sərhəddəki minalı bölgədə xəndək qazıldığını və 3 metr hündürlüyündə beton divar hörüldüyünü bildirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4385.html