
"Təəssüf ki, bəzi insanlar məscidlərə kamera qoyulması ilə bağlı məlumatı, bu prosesi yanlış başa düşürlər".
Ahlibeyt.az-ın məlumatına görə,bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı bildirib.
O qeyd edib ki, kameraların məscidlərin daxilində quraşdırılacağı haqda deyilənlər həqiqət deyil: "İnsanlar elə başa düşürlər ki, kameralar məscidin içərisində yerləşdiriləcək, imam və axundların xütbə və moizələrinə qulaq asılacaq. Bu, qətiyyən belə deyil. Bəli, məscidlərdə veb-kameralar quraşdırılacaq. Amma kameralar təhlükəsizlik məqsədilə məscidlərin ətrafında yerləşdiriləcək. Bu kameraların yerləşdirilməsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətlərinə daxil olan məsələdir".