12 Fevral, 2016
Bosniya məhkəməsi hicab qadağasını qüvvədə saxladı

Bosniya-Herseqovinanın ali məhkəmə orqanı məhkəmələrdə və digər hüquq orqanlarında baş örtüyü və ya digər dini simvollar gəzdirməyə qadağanı qüvvədə saxlayıb.

Ahlibeyt.az-ın  azadliq.org-a istinadən verdiyi xəbərə görə,qərar fevralın 11-də elan olunub. Həftəsonu paytaxtda və digər şəhərlərdə bu qadağaya etirazlar keçirilmişdi.

Qadağa hakimlərə və Bosniya ədliyyənin digər işçilərinə aiddir. Ancaq hicab xüsusi qeyd olunur.

Bu qadağa hələ oktyabrda elan olunub. Ancaq iki həftə öncə qüvvəyə mindiyindən ciddi tənqid və kütləvi etirazlar doğurub.

Ən böyük etiraz fevralın 7-də Sarayevoda keçirilib. Daha çox qadınlardan ibarət 2 min nəfər hicab geyinmək hüququna dəstək nümayişinə çıxıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4377.html