12 Fevral, 2016
Müsəlmanlardan Ronaldoya sərt reaksiya (Video, Foto)

Buna səbəb portuqaliyalı futbolçunun İsrailə aid reklamda çəkilməsi olub

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə,Fələstinlilərə verdiyi dəstəklə tanınan “Real”ın ulduzu Kristiano Ronaldo arzu olunmaz halla üzləşib - buna səbəb onun İsrailə məxsus operator şirkətinin reklam filmində oynaması olub.

Daha əvvəl fələstinlilərə etdiyi yardımlarla gündəmə gələn Ronaldonun İsrailli şirkətin reklam filmində rol alması böyük reaksiyalara səbəb olub. 31 yaşlı futbolçunun Fələstinli pərəstişkarlarını üzdüyünü bildirənlər Ronaldonun onları üzdüyünü qeyd ediblər.

Reaksiyaların böyüməsi səbəbindən ulduz futbolçu baş verənlərlə bağlı “Twitter” hesabından açıqlama vermək məcburiyətində qalıb. "İsraildə oyunçu olacağıma dair əsassız iddialar var. Mən futbolçuyam, bu yalnız bir reklam", - deyə heyranlarına bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4376.html