
Səudiyyə Ərəbistanından olan İbrahim adlı gənc ağır qəzadan sonra xəstəxanaya yerləşdirilib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, O, "Twitter"də qəzadan sonra atası və qardaşlarının onu unutduqlarını və bir dəfə olsun ziyarətinə gəlmədiklərini yazıb: "Xəstə ziyarəti Allah tərəfindən mükafatlandırılır, odur ki, gəlin, gəlişinizlə mənə yardımçı olun."
Kimsə "Twitter"də #İbrahimiziyarətet ("#VisitIbrahim") adlı heşteq işə salıb. Bu, yerli istifadəçilər arasında sürətlə yayılıb. Retvitlərin sayı 200 minə çatıb ki, bu da Səudiyyə Ərəbistanının "Twitter" istifadəçiləri arasında indiyədək ən geniş yayılan heşteq olub.
Növbəti gün xəstənin palatasının önünə bütün ölkədən yüzlərlə ziyarətçi toplaşıb.
Çiçəklər və hədiyyələrlə yanaşı, iflic olmuş İbrahimin Almaniyada həyata keçirilməli olan bahalı əməliyyatı üçün lazım olan 130 min dollar da toplanılıb.