
əl-Əzhər Universitetinin Fətvalar Komitəsinin keçmiş sədri Şeyx Əbdül-Həmid əl-Ətrəş fətva verib ki, İrana qarşı ABŞ və sionistlərlə əməkdaşlıq etmək haramdır. Bunu edən şəxs günahkardır. Çünki həmin şəxs bilməlidir ki, müsəlman ölkəsinə qarşı düşmənlə əməkdaşlıq edir.
əl-Ətrəş bildirib ki, düşmənlər Allaha və Onun peyğəmbərinə(s) iman gətirməyiblər amma İran müsəlman ölkəsidir. Və Qurani-Kərim bizə açıq-aydın buyurur: "Həqiqətən möminlər qardaşdırlar".
Şeyx əl-Ətrəşin bu fətvanı bəzi ərəb ölkələri rəhbərlərinin ABŞ-la İrana qarşı tutduqları eyni mövqeyə görə verdiyi bildirilir.