9 Fevral, 2016
Suriya ordusu Rusiyanın dəstəyi ilə Türkiyə sərhədlərinə yaxınlaşıb

Suriya ordusu Türkiyə sərhədlərinə yaxın ərazilərdə terrorçu qruplaşmalara qarşı hücumlarını davam etdirib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat verib.

Qeyd edilir ki, anti-terror əməliyyatları Rusiyanın dəstəyi və iranlı könüllülərin iştirakı ilə həyata keçirilib.

Dəqiqləşdirilmiş məlumatlara əsasən, hazırda Suriya hərbçiləri və onların müttəfiqləri Türkiyə sərhədinin 25 kilometrliyindədir.

Agentliyin məlumatında deyilir ki, radikal silahlıların fikrincə bu hücumlar Suriya prezidenti Bəşər Əsədə qarşı beşillik planlarının gələcəyini sual altında qoyur.

 

“İndi bütün həyatımız sual altındadır”,- deyə qiyamçı qruplaşma üzvü bildirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4357.html