
İndoneziyanın Cavə adasının Suku Herco əyalətinin Polo şəhərində Əhli -Beyt (ə) tərəfdarları üçün “Əli ibn Əbi Talib (ə)” adına məscidin açılışı olub.
Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,100 nəfərlik məscid Quran və bəzi dini ədəbiyyatla təmin olunub.
Bu məscid xeyriyyə cəmiyyətlərinin maliyyə dəstəyi ilə tikilib. Məsciddə gündəlik namazlardan başqa, həmdə cümə namazı, bayram namazları, dini mərasimlər və həmçinin Quran dərsləri də təşkil olunacaq