8 Fevral, 2016
Moskva və Sankt-Peterburqda terror planlaşdıran İŞİD üzvləri yaxalanıb

Rusiyanın Yekaterinburq şəhərində saxlanılan 7 İŞİD üzvündən ibarət cinayətkar qrup Moskva, Sankt-Peterburq və Uralda terror aktları həyata keçirməyi planlaşdırıblar.

 

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,Ria agentliyinin məlumatında bildirilir ki,bu barədə Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib. Saxlanılanlar Rusiya və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.

 

Məlumatda iddia olunur ki, silahlı dəstəyə Türkiyədən gələn terrorçu rəhbərlik edib. Terror aktlarını həyata keçirdikdən sonra cinayətkar qrup Suriyaya gedərək hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırıb.

 

Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 205 (terrorçuluq fəaliyyəti göstərmək), 222 (qeyri-qanuni silah dövriyyəsi), 222.1-ci (partlayıcı qurğuların qanunsuz saxlanması) maddələri üzrə cinayət işi açılıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4355.html