8 Fevral, 2016
Ramzan Kadırov:“İŞİD-in vəhşilikləri İmam Hüseyn (ə) qatillərinin törətdiklərinin davamıdır...”

Çeçenistanın başçısı Ramzan Kadırov İŞİD terror təşkilatını islama qarşı gizli müharibə elan eləmiş ABŞ-ın və digər Qərb dövlətlərinin törəməsi adlandırıb.

Ahlibeyt.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, bu barədə o, özünün istargam səhifəsində yazıb.

Onun sözlərinə görə, “Şeytan yolu ilə gedən” vəhhabilər əllərindən gələni edirlər ki, islamı dünyada gözdən salsınlar.

“Hesabatlar sübut edir ki, İŞİD-in hərəkətləri də islamı daxildən sarsıtmaq, dünyanı islamdan üz döndərmək niyyəti güdür. Onları qəddarlığı, baş kəsmələri, insanları tonqalda yandırmaları imam xəlifələrin və peyğəmbər nəvəsinin qatillərinin törətdiklərinin davamıdır” – Kadırov qeyd edib .

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4354.html