10 Noyabr, 2011
Namazın qəbul olub-olmadığını öyrənməyin yolu

Görəsən qıldığım namaz Allah dərgahənda qəbuldur ya yox? Bu sual hər bir namaz qılanın bilmək istədiyi suallardandır. Və həqiqətdə namaz qılan daima gərək bu sualın cavabının sorağında olsun.

Bu sualın cavabını çox uzaqlarda axtarmağa ehtiyac yoxdur. Beləki, bu sualın cavabını ən gözəl şəkildə Allh-Təala öz Qurani-Kərimində bildirmişdir. Allah Əzzə və Cəllə Qurani-Kərimdə Ənkəbut surəsinin 45-ci ayəsində buyurur: ..."Həqiqətən namaz çirkin və pis işlərdən çəkindirir"...

İmam Sadiq(ə) də bu barədə buyurmuşdur: "Hər kim istəyir ki, bilsin qıldığı namaz Allah dərgahında qəbuldur ya yox, gərək baxsın görsün ki, qıldığı namaz onu nə qədər günahdan saxlayır. Hər nə qədər onu günahdan saxlayırsa, deməli bir o qədər də namazı Allah dərgahında qəbuldur".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-435.html