5 Fevral, 2016
Suriya ordusu strateji əhəmiyyətli Osman şəhərini azad edib (VİDEO)

Suriya ordusu və onu dəstəkləyən hərbləşdirilmiş birləşmələr ölkənin cənubunda yerləşən Dera şəhəri yaxınlığında strateji əhəmiyyətə malik Osman şəhərini terrorçulardan geri alıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumata görə,bu barədə Livanın “Al-Manar” televiziya kanalı xəbər verib.

Osman şəhərinin azad edilməsi terrorçuların mövqelərinə silsiləvi aviazərbələrin endirildiyi günün səhəri mümkün olub.

Telekanal xatırladır ki, Suriya ordusu və Livanın “Hizbullah” hərəkatı daxil olmaqla onun müttəfiqləri son günlər ərzində üsyançılarla mübarizədə ölkənin digər hissəsində - Hələb əyalətində də əhəmiyyətli uğurlar əldə edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4344.html