
Bu barədə Suriyaya dəstək konfransının yekun bəyannaməsində bildirilir
Donor ölkələr Suriya böhranının fəsadlarının aradan qaldırılması üçün 2020-ci ilə qədər təqribən 11 milyard dollar və əlavə olaraq 40 mlrd. dollar kredit ayırmaq niyyətindədirlər.
Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə,bu barədə cümə axşamı Londonda keçirilən Suriyaya dəstək üzrə donor konfransının yekun birgə bəyannaməsində bildirilir.
"Biz 10 milyard dollardan çox vəsait ayırmaq niyyətindəyik— 5,6 mlrd. dollar 2016-cı ildə və 5,1 mlrd. dollar 2017-ci ildən 2020-ci ilədək", — deyə bəyannamədə qeyd olunur.
"Əlavə olaraq çoxtərəfli inkişaf bankları və donor ölkələr təqribən 40 mlrd. dollar kredit ayrılacağını bəyan ediblər", — deyə sənəddə bildirilir.