
Müsəlman dünyasında ən sevilən Quran qiraətçilərindən olan Raqib Mustafa Qalvəş 77 yaşında vəfat edib.
Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə,, Misirdə anadan olan qari həyatı boyunca dünyanın bir çox ölkələrində səfərlərdə olub. Qeyd edək ki, o, Qurani-Kərimin qiraəti üzrə özünəməxsus üsluba və səs tonuna sahib olmaqla islam dünyasında ən çox sevilən qarilərdən olub.