
Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan İranın Mədəniyyət və İslami Maarifləndirmə(İrşad) naziri Seyyid Məhəmməd Hüseyni Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya naziri Əbdül-Əziz Xoca ilə görüşüb.
Görüşdə nazirlər hər iki ölkələr arasında mədəniyyət əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyinə işarə ediblər. Əbdül-Əziz Xoca İranın Quran xəttatlığının inkişafında verdiyi töhfələri yüksək qiymətləndirərərk bunun Quranın qorunmasında mühüm rol oynadığını bildirib.
Görüşün sonunda Əbdül-Əziz Xoca iranlı həmkarına bildirib ki, Mədinə şəhəri 2013-cü ildə İslam Mədəniyyəti Paytaxtı olacaq. Və bu münasibətlə İranı bayram tədbirlərində iştiraka dəvət edib.
Xatırladaq ki, 2012-ci ildə İslam Mədəniyyət Paytaxtı İraqın Nəcəf şəhəri olacaqdır. Hal-hazırda isə İslam Mədəniyyət Paytaxtı Əlcəzairin Tlemsen şəhəridir.