4 Fevral, 2016
Bərdədə “Qurani Kərim və Peyğəmbər sünnəsində radikallığa baxış” mövzusunda tədbir keçirilib(Foto)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində fevralın 3-də Uğurbəyli kəndində “Qurani-Kərim və Peyğəmbər sünnəsində radikallığa baxış” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.


Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,Bərdə rayonu Uğurbəyli kənd məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin məsləhətçisi Fuad Şirinov, dini icmanın sədri Səbuhi Hacıyev, Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Səfərov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.


Tədbirdə eyni zamanda Uğurbəyli kənd məscidi dini icmasının üzvü Yelmar Məmmədov, kənd üzrə dini ayinlərin icraçısı Şahin Bəbişov, kənd üzrə dini ayinlərin icraçısı Qurban Hacıyev, kənd dindarlarından Muradov Qırımxan da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4339.html