_thumb.jpg)
Yəmən ordusu və xalq komitələri Səudiyyə Ərəbistanın qırıcılarının hücumlarına cavab olaraq 30 səudiyyəli muzdlunu və 11 zirehli texnikanı məhv edib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,Yəmən ordusu və xalq komitə üzvləri Əl-Cuf əyalətinin Beyr-ul-Məraziq bölgəsində Səudiyyə ordusunun yolunda pusqu qurub. Bu əməliyyat zamanı da bir neçə muzdlu həlak olub, bir neçə tank məhv edilib.
Məlumata görə, Səudiyyə qırıcıları 4 dəfə Yəmənin Səna əyalətində müxtəlif bölgələri bombalayıb.
Məlumatda həmçinin bildirlir ki, bir neçə muzdlu əsgər Yəmən ordusu tərəfindən əsir götürülüb.