
İraq mətbuatı xəbər verir ki, Tunisin parlament seçkilərində qalib gəlmiş "əl-Nəhzət" partiyasının lideri Raşid əl-Qanuşi İraqın baş naziri Nuri əl-Malikiyə zəng edib.
Bildirilir ki, əl-Qanuşi telefon bağlantısı zamanı İraqın baş nazirindən xahiş edib ki, Əskəriyyə məqbərəsini partlatmış Tunis vətəndaşının edam hökmünün icrasını bir müddətlik ertələsin. Nuri əl-Malikinin bu xahişi qəbul etdiyi deyilir.
əl-Qanuşinin bu xahişinin nə səbəbdən etdiyi bildirilmir.