
Hadisə şahidləri arasında bir müddət əvvəl Səudiyyə Ərəbistanında edam olunan Ayətullah Nimrin qardaşı Məhəmməd Əl-Nimrin də olduğu bildirilir
Ahlibeyt.az-ın Tass-a istinadən verdiyi xəbərə görə,“Al-Arabia” televiziya kanalı məlumatında bildirilib ki, Səudiyyə Ərəbistanının şərqində yerləşən Aş-Şarqiyya bölgəsi əl-Əhsa şəhərindəki İmam Rza(ə) məscidində törədilən terror aktı nəticəsində ən azı 3 nəfər həyatını itirib
Məlumata görə,əsasən Əhli-Beyt davamçılarının toplandığı məsciddə daxil olmaq istəyən iki terrorçunun qarşısı kəsilib və bu zaman onlardan biri üzərində olan partlayıcı qurğunu işə salıb və bunun ardınca cümə namazına toplaşanlar silahlı terrorçular tərəfindən atəşə tutulub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının artıq şübhəlilərdən birinin həbs olunduğu barədə məlumat yayıb.
Associated Press agentliyinin məlumatında qeyd olunur ki,hadisə şahidləri arasında bir müddət əvvəl Səudiyyə Ərəbistanında edam olunan Ayətullah Nimrin qardaşı Məhəmməd Əl Nimr də olub.