28 Yanvar, 2016
İslam Həmrəylik Oyunları proqramından klassik basketbol çıxarıldı

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının  proqramında dəyişiklik edilib.

 

Ahlibeyt.az-ın Apasport.az-a istinadən məlumatına görə, mayın 12-22-də baş tutacaq İslamiadada klassik basketbol olmayacaq.

 

Yarışın startından proqramda olan idmanın bu növünü yeni növlə əvəzlənib. Belə ki, Bakı-2015-də olduğu kimi, İslamiada-2017-də də basketbolçular 3X3 növündə mükafatçıları müəyyənləşdirəcəklər.

Azərbaycan burada həm kişilərin, həm də qadınların yarışında qüvvəsini sınayacaq. Artıq bu məqsədlə hazırlığa başlayan komandalarımız Avropa çempionatına da qatılacaqlar.

Qeyd edək ki, 2005-ci ildə Səudiyyə Ərəbistanın Məkkə şəhərində keçirilən I İslam Həmrəylik Oyunlarında klassik basketbolda Azərbaycan millisi tarix yazmışdı. Həmin vaxt Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamız yarışın ilk qızıl medalına yiyələnmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4305.html