26 Yanvar, 2016
İŞİD-ə qoşulan taciklərin sayı min nəfərə çatıb

Eyni zamanda 148 tacik döyüşlərdə öldürülüb

Suriya və İraqda İŞİD-ə ("İraq-Şam İslam Dövləti") qoşulan taciklərin sayı 1000 nəfərə çatıb.

Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə,bu barədə ölkənin daxili işlər naziri Ramazon Rahimzoda məlumat verib.

Nazir qeyd edib ki, yanvarın 25-nə olan vəziyyətə görə, Suriya və İraqdan vətənə 61 Tacikistan vətəndaşı qayıdıb. Bununla yanaşı 148 tacik döyüşlərdə öldürülüb.

Tacikistan prezidenti Emomali Rahmon İŞİD-ə qoşulanlar arasında 21 tələbənin olduğunu bildirmişdi.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4300.html