9 Noyabr, 2011
Hacılar Məkkə küçələrində Ali Xəlifəyə etiraz şüarları səsləndiriblər

Bu gün Minadan Məkkəyə qayıdan yüzlərlə bəhreynli, yəmənli, iraqlı, livanlı və b. ölkələrdən olan hacılar Məkkənin Kral Feysəl küçəsində Ali Xəlifə, Abdullah Saleh və ABŞ əleyhinə şüarlar səsləndiriblər.

Ləbbeyk Ya Hüseyn, Ləbbeyk Ya Zəhra, Amerikaya ölüm, Ali Xəlifəyə ölüm, Abdullah Salehə ölüm, Ey müsəlmanlar birləşin və s. şüarları səsləndirən hacıların spontan mitinqi 15 dəqiqə davam edib.

Axşam namazlarından sonra isə bəhreynli və iraqlı hacılar Allah evini təvaf edərkən Fərəc duasını oxumağa başlayıblar. Allah evinin mühafizəçiləri duanın oxunmasının qarşısını almaq istəyən zaman hacılar duanı Amerikaya ölüm və İsrailə ölüm şüarları əvəz ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-430.html