_thumb.jpg)
Bu gün Sabirabad rayonu, Qaratuğay kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli qamış örtükdən ibarət kənd məscidinin yanar konstruksiyaları və içərisindəki əşyalar 80 kv.m sahədə yanıb.
Ahlibeyt.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.