
İraq mərcei-təqlidlərindən olan Ayətullah Şeyx Məhhəmməd Yəqubi dünən Qurban bayramı namazının xütbəsində ölkə prezidenti Cəlal Talabanini tənqid edib.
Şeyx Məhəmməd Yəqubi deyib ki, İraq preidenti İraqda insan qətllərində əlləri olan həbs olunmuş terrorçuların edam hökmünü imzalamır və bununla Allahın Quranda buyurduğu hökmü pozmuş olur. Halbuki Allah Qurani-Kərimdə buyurur: "Qisasda sizin üçün həyat vardır".
Şeyx Məhəmməd Yəqubi deyib ki, prezidentin bu hökmü imzalamaması terroristləri təşviq edir ki, öz cinayətkar fəaliyyətlərini davam etdirsinlər.
yaqoobi.com