
Türkiyənin Dini İşlər Təşkilatı "heç bir Quransız qalmasın" devizi ilə cari ildə Quran-Kərimin dünyanın 10 canlı dilinə tərcümə və çapa hazır edildiyini bildirib.
Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə,bu barədə "TRT-HABER"agentliyi məlumat yayıb.
Türkiyənin Dini İşlər Təşkilatının "xarici dillər və ləhcələr nəşriyyatı"nın baş direktoru,Yıldıray Kaplan "Anadolu" xəbər agentliyinə müsahibəsində bu ölkənin Dini İşlər Təşkilatının Quran-Kərimi dünyanın 10 canlı dilinə tərcümə və çapa hazır etməsini qeyd edərək bildirib ki,cari ildə Quran-Kərim bu təşkilat tərəfindən Fars, İngilis, Bolqar, Ukrayn, Qırğız, Alban, Portoqal, Bosniya, Latviya və Koreya dillərində nəşr ediləcəkdir.
Y.Kaplan bildirib ki, Quran-Kərimin dünyanın canlı dillərinə tərcümə və nəşrini əsas proqramlarının önündə qərar verdiyini deyərək əlavə etdi: Bu tərcümələr çap və nəşr olunduqdan sonra internet saytlarında da istifadəçilərin ixtiyarında qoyulacaqdır.
Qeyd edək ki, Türkiyənin Dini İşlər Təşkilatı keçən ildə də Quran-Kərimi Fransız, Kürd, Erməni, Ruminiya, Rus, Gürcü, İspan, Azəri, Çin, Tatar, İtaliyan, Qazax və Danimarka dillərinə tərcümə və nəşr etmişdi.