21 Yanvar, 2016
Amsterdamda Məhəmməd Füzuliyə həsr olunmuş konfrans keçirilib

Amsterdamda keçirilən konfransda Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri barədə dolğun məlumat verilib

Ahlibeyt.az-ın  "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq tədbir Türkevi Araşdırmalar Mərkəzi, “Parıltı” ədəbiyyat jurnalı və “Mürəkkəb” fondu tərəfindən “Füzuli, Leyli və Məcnun” mövzusunda təşkil edilib.

Konfransda Füzulinin yazdığı “Leyli ilə Məcnun”un bir mədəniyyət və əxlaq əsəri olduğu vurğulanıb.

Füzulinin bütün əsrlərin şair olduğunu söyləyən natiqlər onun günümüzdə kifayət qədər diqqətlə öyrənilməməsini qeyd ediblər.

Konfransda yazıçı İsgəndər Pala Füzuli yaradıcılığının dünyada təbliğ olunmamasına görə narahatlığını dilə gətirib. İ. Pala qeyd edib ki, “Leyli və Məcnun” kimi zamanın fövqündə dayanan əsərin müasir dövrdə operası yazılmalı, filmlər çəkilməli, musiqilər bəstələnməlidir.

Tədbirdə Məhəmməd Füzuli ilə ingilis şairi Şekspir yaradıcılığınin müqayisəsi təhlil edilib

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4285.html