
“Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən tikilən və yenidən təmir işlərinə bağlanan “Şəhidlər məscidi” kimi tanınan ibadət evi yaxın zamanlarda yenidən istifadəyə veriləcək”.
Ahlibeyt.az-ın məlumatına görə,bunu "Bizim Yol”-a açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi bildirib.
Məsciddəki təmir işlərini BŞİH-i həyata keçirir. İş icraçısının sözlərinə görə, onlar ibadət evinin daxilində və minarələrində təmir işi ilə məşğuldurlar.
Qeyd edək ki, 28 iyun 1996-cı ildən ibadətə açılan məscid 2008-ci ildən təmirə bağlansa da uzun müddət orada heç bir iş görülməyib.