
"İslam alimlər birliyi" hərəkatının üzvləri Nigeriya hökumət qüvvələrinin hücumuna məruz qalaraq həbs edilən Şeyx Zəkzaki ilə görüşüblər.
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə,bu barədə hərəkatın üzvlərindən olan Həsəb Bala xəbər verib.
O Şeyx Zəkzaki və ailəsinin vəziyyətinin yaxşı olduğunu bildirərək deyib: "Onlar hazırda mualicə alırlar. Hərəkatın üzvlərindən bəziləri onunla görüşə nail olublar. Bu günədək ailəsi onunla görüşə bilməsə də, yaxın günlərdə bu qadağanın ləğv olunması gözlənilir.".
"İslam alimlər birliyi" hərəkatının üzvü Həsəb Bala Nigeriya rejiminin hücumu zamanı həyatını itirənlərlə bağlı da danışaraq "2 minə yaxın şəhidimizdən əlavə 700 nəfər Əhlibeyt tərəfdarı də itkin düşüb və onlar barədə heç bir məlumat əldə edə bilməmişik. Xalq Şeyxin sərbəst buraxılmasını tələb etməyə davam edir. Bununla bağlı hər gün etiraz aksiyası keçirilməkdədir. Ordu son hadisələrdən təşvişə düşüb və Əhlibeyt tərəfdarlarına qarşı zorakı addımlarına hələki son qoyub." deyə danışıb