
Ötən ilin dekabr ayından xakerlər tərəfindən nəzarəti ələ keçirilən İslam.az saytının rəsmi Fecebook səhifəsi üzərində nəzarəti bərpa etmək mümkün olub.
Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi məlumata görə,səhifə üzərində nəzarəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəhbərliyinin və bu qurumun Elektron Təhlükəsizlik Mərkəzi əməkdaşlarının əvəzsiz səyləri nəticəsində mümkün olub.