8 Noyabr, 2011
İrana hücum olarsa, cihad hökmünü verəcəyəm

Son günlər İsrail rəsmilərinin İrana hücum etmə fikirlərini səsləndirmələri Misirin ən böyük sufi təriqətlərindən olan "Əzmiyyə" təriqətinin başçısı Şeyx Əla`a Mazi Əbu əl-Əzaimi hiddətləndirib.

Misirin  ən böyük sufi təriqətlərdindən olan Əzmiyyə təriqətinin başçısı Şeyx Mazi bildirib ki, ABŞ və İsrail ərəblər və müsəlmanlar arasında qarşıdurma yaratmaq fikrindədirlər və bunun üçün sünni-şiə ixtilafından istifadə edirlər.

Şeyx əl-Əzaim əvvəla ABŞ və İsrailin  İrana hücum edəcəyinə inanmadığını bildirib. Beləki, onun fikrincə, onlar İranın hərbi gücünə bələddirlər. Amma birdən onlar İrana hücum edərlərsə, ərəblərdən kömək ummasınlar. Çünki əgər İrana hücum baş verərsə, o cihad hökmünü verəcəkdir. Və digər İslami cərəyanlar da onun ardınca eyni addımı atmış olacaqlar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-427.html