14 Yanvar, 2016
Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək - XİN

Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək.

Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə,TASS agentliyinin məlumatında bildirilir ki,bu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Belqraddan Berlinə keçməsi ilə bağlı yaydığı bəyanatda əks olunub.

Nazir qeyd edib ki, Almaniyanın ATƏT-dəki sədrliyi çətin dövrə təsadüf edir. "ATƏT-in dialoq üçün platformaya və qarşılıqlı etimada ehtiyacı var. Bundan əminəm", - deyə almaniyalı nazir vurğulayıb.

Onun sözlərinə görə, ATƏT məkanında uzun müddətli təhlükəsizlik ancaq ölkələrin birgə səyləri ilə təmin oluna bilər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4259.html