İngiltərə xarici işlər naziri Filip Hamond bu ölkənin, Səudiyyə rejiminə Yəməndə hava hücumlarında yardım etdiklərini açıqlayıb.
Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə,İngiltərə Parlamentinin Alt Palatasında çıxış edən Hamond deyib: “Hazırda biz Səudiyyə Ərəbistanının yaratdığı koalisiyanın başçılğı altında Yəməndə hərbi hədəfləri müəyyənləşdirməkdə yardım edirik. Biz bunu beynəlxalq hüquq normalarının pozulmaması üçün edirik.”
Qeyd edək ki, monarxiya rejimləri tərəfindən Yəmən xalqının qətliam edilməsi beynəlxalq təşkilatlar, habelə İngiltərənin daxilində kəskin pislənildiyi bir vaxtda, bu ölkənin xarici işlər naziri, “Beynəlxalq hüquq pozuntusunun olmadığını” bəyan edib.