
İİR-in "İran" qəzeti xəbər verir ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov Qurban bayramı günü İranın Qum şəhərinə səfər edib.
Səfər çərçivəsində səfirin görkəmli din alimləri və mərcei-təqlidlərlə, o cümlədən Ayətullah Şeyx Vəhid Xorasani və Ayətullah Şeyx Nuri Həmədani ilə görüşdüyü bildirilir.