11 Yanvar, 2016
Hicablı qadın Donald Trampın seçkiqabağı mitinqindən qovuldu

ABŞ prezidentliyinə namizəd Donald Trampın Cənubi Karolina ştatının Rok-Hill şəhərində təşkil olunan seçkiqabağı mitinqindən hicablı qadın qovulub.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Donald Trampın çıxışı zamanı üzərində  “Mən sülhlə gəlmişəm” yazısı olan geyimli 56 yaşlı hicablı qadın Trampın suriyalı qaçqınlar barəsində səsləndirdiyi ifadələrə etiraz əlaməti olaraq yerindən qəfil  qalxaraq səssiz etiraz edib.

Qadının heç bir söz demədiyi qeyd olunur.

Mitinq iştirakçıları fitə basılan qadın ərazidən polis tərəfindən uzaqlaşdırılıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4242.html