6 Noyabr, 2011
Həqiqi bayramı yalnız "əl-Əqsa" azad olunanda yaşayacağıq

Bu gün səhər Qəzzada Qurban bayramı namazına imamlıq edən Fələstinin baş naziri İsmayıl Haniyə bayram namazının xütbəsində fələstinliləri və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib və Allahdan bütün müsəlmanları hifz etməsini istəyib.

İsmayıl Haniyə bir neçə gün öncə sionist zindanlarından yüzlərlə fələstinlilərin azad olunmasına işarə edərək bu bayrama "Azadlıq bayramı" adını verdiklərini deyərəkl bildirib ki, əsl "Azadlıq bayramı" isə "əl-Əqsa" məscidi azad olunanda qeyd olunacaqdır. Bunun üçün isə bütün ümmət çalışmalı və əmək sərf etməlidir - deyə Haniyə bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-423.html