2 Yanvar, 2016
İran XİN: Ayətullah Nimrin edamı Səudiyyə hökuməti üçün ağır nəticələr verəcək

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki,Səudiyyə Ərəbistanı hakimiyyəti tənqid edənləri repressiya və edam etmək siyasətinin ölkələri üçün ağır nəticələri olacaq.

Ahlibeyt.az-ın İran mətbutaına istinadən məlumatına görə,Hüseyn Cabiri Ənsari Səudiyyəli alim Ayətullah Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsini kəskin şəkildə tənqid edib:Radikal və təkfirçi terrorçuların region və dünya xalqlarının sabitlik və təhlükəsizliyini, habelə bəzi region ölkələrinin varlığını təhdid etdiyi bir vaxtda, siyasi və dini məqsədlər üçün tənqidi çıxışlarla  kifayətlənən Şeyx Nəmr kimi bir şəxsin edam edilməsi hakimiyyətin məsuliyyətsizlik və tədbirsizliyindən xəbər verir.

İran XİN rəsmisinin sözlərinə görə, Ərəbistan dövləti terrorçu və təkfirçi qrupları himayə etdiyi bir halda, ölkə daxilində öz müxalifləri ilə edam və repressiya dili ilə danışır. Aydın məsələdir ki, bu nöqsanlı siyasət və davranışlar Ərəbistan üçün ciddi mənfi nəticələrə səbəb olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi bu gün bir bəyanat yayaraq, tanınmış şiə alim Şeyx Nəmr Baqir əl-Nəmrin edam edilməsini xəbər verib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4221.html