
Xaricdə mötəbər ali təhsil müəssisələrini bitirən məzunların hər biri Azərbaycanda işlə təmin olunurlar
Ahlibeyt.az-ın məlumatına görə,bunu SalamNews-a açıqlamasında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə oxumağa göndərilən məzunların hər biri Azərbaycana qayıtdıqdan sonra müxtəlif yerlərdə işə qəbul ediliblər.
Türkiyədə attestatla 11 min nəfər təhsil alır. Lakin sonradan məlum olur ki, bu tələblərin əksəriyyəti tələb olunan biliklərə cavab verə bilmir.
"Türkiyənin Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Hacəttəpə Universiteti kimi ali təhsil müəssiələrini bitirən məzunları hər kəs işə götürməyə maraqlıdır. Onların dil biliyi və savadları kifayət qədərdir", - deyə Yaqub Piriyev əlavə edib.