
Seyyid Əli Mirşərifinin qələmə aldığı r dərsliklərinin yazılması təşkilatı) nəşriyyatı tərəfindən çap edilən "Pəyamavər rəhmət" kitabı "Mərhəmət Elçisi" adı ilə azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,İran İslam Respublikasının "Səmt" (İİR Universitetlərində Mütaliə və Hümanitar elmlər dərsliklərinin yazılması təşkilatı) nəşriyyatının Azərbaycanın Xəzər Universiteti ilə bərabər həmkarlığı çərçivəsində "Pəyamavər Rəhmət" kitabı şamil Nuriyev tərəfindən azərbaycan dilinə tərcümə edilərək "Mərhəmət Elçisi" adı ilə nəşr olunub.
Kitabda əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) viladətindən vəfatına qədərki həyat yolu tarix, hədis və Qurana əsaslanaraq işıqlandırılmışdır. Kitabda müsəlmanların Həbəşistana hicrəti, peyğəmbərin (s) həzrət Xədicə ilə evlənməsi, Şə`bi Əbi Talib hadisəsi, Əqəbə bey`əti, Ühüd döyüşü və Vida Həcci kimi məsələlər öz əksini tapmışdır.
Qeyd edək ki, bunda öncə də Səmt nəşriyyatının və Xəzər universitetinin müştərək həmkarlığı ilə Quranın tarixi və Böyük Dinlərlə tanışlıq kitabları azərbaycan dilinə tərcümə və çap edilmişdir.