24 Dekabr, 2015
İki müsəlman ölkəsində Yeni ili qeyd etmək qadağan olundu

İki müsəlman ölkəsində - Somalidə və Buruneydə Yeni ili qeyd etmək qadağan olunub

Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə,Somali hökuməti  Yenı ili qeyd etmənin ölkə ənənələrinə uyğun olmadığına, Xristian adəti olması ilə əlaqədar qadağan edib. Somalidəki xristianlar bu bayramı yalnız evlərində qeyd edə biləcəklər.

Xəbərdarlıqda qeyd olunur ki,qadağanı pozanların qarşısı hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə alınacaq.

Somali hökumətini həmçinin hesab edir ki,yeni ilin keçirilməsi ölkədə mövcud olan "Əş-Şəbab"terror təşkilatının hucumları ilə müşaiyət oluna bilər.

Bu il Somali Buruneydən sonra yeni ili qadağam edən ikinci ölkədir.

Qeyd edək ki, Bruneydə əhalinin böyük hissəsinin müsəlman olduğunu deyən bu ölkənin Sultanı Hassanal Bolkiah Bruneydə Yeni ili qeyd etmənin İslam ənənəsinə zidd olduğunu bildirərək qadağan edib. Ölkədə bu qadağaya riayət etməyənlərə 5 il həbs cəzası veriləcəyi açıqlanıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4192.html