
“Azərbaycanda dini təhsil almayan və rəsmi surətdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinatı olmayan şəxsin hər hansı bir dini ayin və mərasim icra etməsi qəti qadağandır"
Ahlibeyt.az-ın məlumatına görə,bunu SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, əgər kimsə rəsmi təyinatı olmadan dini ayinləri icra edəcəksə, bu şəxslər İnzibati Xətalar Məcəlləsi, o cümlədən Cinayət Məcəlləsi ilə müvafiq olaraq məsuliyyətə cəlb olunacaqlar: “Yalnız dini təhsilini Azərbaycanda almış və rəsmi təyinatı olan şəxslər ayinləri, mərasimləri icra edə bilərlər. Ayinlər, mərasimlər içərisində isə dinlə bağlı bütün mərasimlər nəzərdə tutulur. O cümlədən hətta yas mərasimləri də rəsmi təyinatı olan axund və ya imamlar tərəfindən aparıla bilər”.