
“2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin 4 zavodunun 3 istehsal sahəsini istifadəyə verməyi nəzərdə tutmuşuq. Bu zavodlarda əsasən tank əleyhinə qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı planlaşdırılır”.
Ahlibeyt.az-ın faktxeber-ə istinadən məlumatına görə,bunu jurnasitlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir əlavə edib ki, 40x46 mm-lik qumbaraatan və onların döyüş sursatları, müxtəlif tipli izburaxan patronlar, M6, M12 partlayıcı başlıqlar, tank və artilleriya üçün 6 növ mərmilər, həmçinin atıcı silahların lülələrinin istehsalı planlaşdırılır: “Yeni nəsil pilotsuz uçuş aparatı (PUA) da istehsal olunacaq. Bu qurğu kəşfiyyat aparmaqla düşmən ordusunu məhv etmək üçün nəzərdə tutulub”.