
Səudiyyə Ərəbistanının Ciddə şəhər Təhqiqat Bürosu və Prokurorluğu Həcc ziyarəti zamanı Məkkənin əl-Haram məscidində qaldırıcı kranın aşması nəticəsində kütləvi insan ölümünə səbəb olan hadisədə təqsirli bilinən 5 nəfəri müəyyənləşdirib
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,bu barədə RiaNovosti” agentliyi məlumat yayıb.
Xəbərə görə, şübhəli şəxslərin adları açıqlanmasa da, onların podratçı şirkətin texniki işçiləri, mühəndis və inzibati sahələrdə çalışan əməkdaşları olduğu bildirilir.
Qeyd edək ki, bu il sentyabrın 11-də Həcc ziyarəti zamanı Məkkədə qaldırıcı kranın aşması nəticəsində 109 nəfər ölüb, 230-dan çox insan xəsarət alıb.
Sentyabrın 24-də, Qurban bayramında isə izdiham nəticəsində 1000-dən çoxzəvvar ölüb, minlərlə şəxs xəsarət alıb.