17 Dekabr, 2015
İŞİD İraqdakı Türkiyənin hərbi-təlim düşərgəsinə raket zərbələri endirib

İŞİD silahlıları türk hərbçilərinin İraqın Mosulun şəhəri yaxınlığındakı Başika bölgəsindəki təlim düşərgəsinə raket zərbələri endirib

Ahlibeyt.az-ın Dunyabuleteni-nə istinadən verdiyi xəbərə görə, Türkiyə ordusu Baş Qəraragahından məlumatın təsdiqləndiyi bildirilib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqın Mosul şəhəri yaxınlığındakı hərbi düşərgənin İŞİD tərəfindən raket atəşinə məruz qalmasını və 4 türk hərbçisinin yaralandığını bildirib.

Məlumata əsasən, dekabrın 16-ı, yerli vaxtla saat 15:10-da İŞİD terror təşkilatı ilə kürdləin "peşməgə" qüvvələrinə arasında baş verən atışma zamanı atılan raketlər türk hərbçilərinin yerləşdirildiyi təlim düşərgəsinə düşüb.Hadisə nəticəsində yaralanan Türkiyə Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu Şırnak şəhərinin xəstəxanasına çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

İraq rəsmi mənbələrinin bildirdiyinə görə,Başikadakı qarşıdurma zamanı bir nəfər həyatını itirib 10 nəfər yaralanıb

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4166.html