
Suriya ordusu xalq özünümüdafiə dəstələrinin dəstəyi ilə Dəməşqin şərq ətrafında yerləşən Marc-əl-Sultan aviabaza və hərbi aerodromunu nəzarətə götürüb, onlarla terrorçu zərərsizləşdirilib
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə Ria agentliyi məlumat yayıb.
Suriyanın paytaxtı Dəməşqin ətraf ərazisindəki Şərqi Qutada fəaliyyət göstərən silahlı qruplaşmalar hökumət ordusunun irəiləməsinə, xüsusilə Marc əl-Sultan hərbi aerodromunun terrorçulardan azad edilməsinə qarşı mübarizə üçün terrorçuların “Yeni operativ məntəqə” adlı yeni brləşməsinin yaradıldığını elan ediblər.
Məlumata görə, “Yeni birləşmənin tərkibinə “Ceyş əl-İslam”, “Cəbhat ən-Nusra”, “Əhrar əş-Şam” və digər terror qruplaşmaları daxildir. Operativ məntəqəyə Əbu Xalid İslam adlı şəxs və onun köməkçisi Əbu Busam əl-Barra rəhbərlik edir.”