
Nigeriya ordusunun təmsilçisi keçirdiyi mətbuat konfransında Ayətullah Şeyx İbrahim Zəkzəki və onun həyat yoldaşının salamat olduğunu və həbs olunduğunu bildirib
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Nigeriya ordusunun təmsilçisi Adnie Uybade deyib ki, tezliklə ayətullah Zəkzəki öz tərəfdarları ilə danışacaq.
Buna baxmayaraq bəzi KİV-lər məlumat yayıb ki, Şeyx Zəkzəki ağır yaralıdır.Həmçinin Nigeriya İslami Hərakatı və Zəkzəkinin qızı din aliminin həbs edilməsi xəbərini təsdiqləmişdilər.Hücum zamanı Şeyx Zəkzəkinin həyat yoldaşınin öldürüldüyü xəbəri də yayımlamışdır.