
İmam Rza(ə)buyurur:
"Məbada Ali-Məhəmməd, Əhli-beytlə dostluğa güvənib saleh əməli tərk edəsiniz. Məbada saleh əmələ güvənib Ali-Məhəmməd, Əhli-beytlə dostluğu tərk edəsiniz"
- "Biz elə bir Əhli-Beytdənik ki, verdiyimiz vədləri borcumuz bilirik. Həmçinin Həzrət Peyğəmbər (s.ə.v.v) də belə edirdi"
- "İnsan düşdüyü quyudan əhdi pozmaqla çıxa bilməz. Zülmlə yanaşı hiylə insanı əzabdan xilas etməz"
- "Üç iş başqa üç işdən aslıdır. Kifayət qədər imkanı olmayan çətinlik çəkər, işdə geri qalan məhrumiyyətə düçar olar, avam insan mərifət əhlinin düşməni olar"
- "Varlığından kimsənin yararlanmadığı şəxs, ən pis adamdır"
- "Hər hansı bir kişinin dostu onun ağlı, düşməni isə onun nadanlığıdır"
- "Dörd şey insanın qəlbini öldürər:1) üst-üstə günah etmək, 2) qadınlarla həddən artıq söhbət etmək, 3) axmaqcasına deyişmək, 4) ölülərlə oturub-durmaq. Soruşdular: Ya Rəsulallah, ölülər kimlərdir? Buyurdu: Özbaşına buraxılan və ürəyi istədiyini edən imaknlı adam və yaxud naz-nemətlə böyüyən hər hansı bir var-dövlətli şəxs.
- "Həzrət (ə)-dan dünya xoşluğu barədə sual olunur. Buyurur: "Mənzilin genişliyi və çoxlu dostlar"
- "Bir-birinizin görüşünə gedin ta bir-birinizi sevəsiniz və bir-birinizin əllərini sıxın, bir-birinizə qarşı əsəbləşməyin"
- "Birinin adını çəkəndə bu işi, həmişə hörmətlə görün"
- "Allahın nəzərində vacib əmrlərdən sonra ən üstün iş mömini sevindirməkdir"
- "Hakimdən qorxun olsun, dosta qarşı təvazökar ol, düşmənlə ehtiyatlı davran, xalqla xoş rəftar et"