12 Dekabr, 2015
Yəmənli qüvvələr Səudiyyəyə məxsus üç hərbi bazanı nəzarət altına alıb
Yəmən ordusu və könüllü xalq komitələri birlikləri Səudiyyə Ərəbistanın iki kəndini ələ keçirib

Ahlibeyt.az-ın Maide.az- a istinadən verdiyi xəbərə görə,Əlməsirə telekanalı məlumatında bildirilir ki, yəmənli qüvvələr cümə günü Səudiyyə Ərəbistanda bir neçə hərbi mövqeyə hücumdan sonra bu ölkənin Cazan vilayətindəki Əlvasitə və Əlxadimə kəndlərini ələ keçiriblər.

Məlumata görə, yəmənli qüvvələr həmçinin həmin vilayətdə yerləşən Əlməhdəf məntəqəsinin yaxınlığındakı üç hərbi bazanın nəzarətini ələ alıb və Ərəbistanın bir neçə hərbi avtomobilini məhv ediblər.

Yəmənli qüvvələr həmçinin bir neçə raketlə Nəcran gömrük darvazalarına hücum ediblər ki, nəticədə bir qrup səudiyyəli hərbçi öldürülüb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4144.html