
Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov qəsəbədə yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə,Ağsaqqallar Şurasının sədri açıqlamasında Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin bağlanmadığını bildirib:
“Məscid bağlanmayıb. Sadəcə olaraq bəzi tədbirlərin keçirilməsi məqsədəuyğun sayılmayıb”.
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin açıqlamasında bidirilib:
Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməmişdir.