11 Dekabr, 2015
ABŞ Maliyyə Nazirliyi: İŞİD bank qarətlərindən və neft qaçaqmalçılığından 1,5 mlrd dollar əldə edib

İŞİD terror qruplaşması Suriyada bankların qarətindən və neft qaçaqmalçılığından 1,5 mlrd dollar əldə edib.

Ahlibeyt.az-ın məlumatına görə, Apa-nın “Tass”a istinadən verdiyi xəbərdə bildirilir ki,bu barədə ABŞ maliyyə nazirinin müavini Adam Zubin bildirib.

“İŞİD qara bazarda neftin satışından 500 mln dollardan çox vəsait əldə edib. Qruplaşmanın üzvləri İraq və Suriyadakı bankların qarətindən 500 mln dollardan 1 mlrd dollaradək vəsait əldə edib”, deyə o bildirib.

“İŞİD həmçinin qəddar üsullardan istifadə etməklə əhalidən zorla milyonlarla dollar alıb”, deyə nazir müavini əlavə edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4138.html