10 Dekabr, 2015
QHT-lərə Dövlət Dəstəyi Şurası təlimlərə başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün təlimlərə başlayır.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,QHT-lərə Dövlət Dəstəyi Şurasından Trend-ə verilən məlumatda bildirilir ki,layihə təkliflərinin hazırlanması, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar, layihənin monitorinqi və qiymətləndirilmə metodları, QHT-lərin mühasibat uçotunda yeni qaydaların tətbiqi və illik maliyyə hesabatlarının hazırlanması mövzularında keçiriləcək.

Təlimlərdə iştirak etmək istəyən QHT nümayəndələri Şura Katibliyinə müraciət edə bilərlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4137.html